KXDR hazırki lideri, diplomatiyasını həyata keçirmək üçün ABŞ vətəndaşlarını saxlayan atasının üsulundan istifadə edib.
ABŞ vətəndaşlarının Şimali Koreya ərazisində saxlanılmasını “canlı qalxan” siyasəti kimi nəzərdən keçrimək olar, Oxu.Az xəbər verir ki, bu barədə NBC nəşri yazır.
Nəşr xatırladıb ki, şimali Koreya liderləri əvvəllər də bu üsula əl atıblar. Əsasən də Kim Çen Ir ABŞ-ı danışıqlar masasına oturması üçün razılığa gətirməyə görə, amerikalılara ölkə ərazisini tərk etməyə icazə vermirdi.
Bununla yanaşı KXDR lideri Kim Çen In bu metodlardan başqa məqsədlər üçün istifadə edir: amerikalılar sırf onun şəxsi müdafiəsi üçün saxlanılır.
Xatırladaq ki, mayın 6-da KXDR-də Koreya əsilli ABŞ vətəndaşı Kim Hak Son saxlanılıb. KMTA İnformasiya agentliyinin məlumatına görə, o, Pheyanın zərərinə “düşmən fəaliyyətində” ittiham edilir. Kim Hak Son Şimali Koreyada göz altına alınan dördüncü Amerika vətəndaşı oldu.
N.О.
www.oxu.az