Ötən həftə Türkiyənin məşhur müğənnisi Kibariye Bakıda konsert proqramı ilə çıxış edib.
Oxu.Az İstiPress-ə istinadla xəbər verir ki, bu haqda yazan türk mediası sənətçinin Bakıda yalan danışmasının üstünü açıb. Belə ki, açıqlamasında Şakira ilə duet ifa etdiyini deyən Kibariye mütəmadi olaraq onunla telefonla danışdığını da bildirib.
Türk mediası isə bunun yalan olduğunu və müğənnini dəfələrlə yalandan açıqlama verməkdə ittiham edib.
Belə ki, müğənninin ötən ay hamilə olması haqda verdiyi açıqlama da yalan çıxıb.
A.S.
www.oxu.az
Rəylər