Şimali Koreya tərəfindən buraxılan raket Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində uçub.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, naməlum tipli raket Sunan şəhəri yaxınlığından buraxılıb.
Cənubi Koreya hərbçiləri KXDR raketinin Yaponiya üzərindən uçduğunu təsdiqləyib.
Yaponiya hökuməti əhalini ehtiyat tədbirləri görməyə çağırıb.
S.B.
www.oxu.az