Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun mümkün varisi hesab olunan Mançesterin meri Endi Börnhem gizli görüş keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
"Kir Starmer və Endi Börnhem görüşərək təxminən bir saat davam edən gizli danışıqlar aparıblar", - deyə xəbərdə qeyd olunub.
Bildirilir ki, bu, Starmerin tezliklə istefa verəcəyini və Leyboristlər Partiyasının lideri seçilməsi üçün seçki keçiriləcəyini elan etməsindən sonra Börnhemlə ilk görüşüdür. Tərəflərin söhbətinin məzmunu barədə hələlik rəsmi məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl Starmer vəzifəsindən gedəcəyini açıqlayıb. O, bu qərarı ilə bağlı səhər saatlarında Böyük Britaniya kralı III Karlı məlumatlandırıb.