2015-ci ilin payızında Serbiya ilə sərhəddə qucağında uşaq olan suriyalı qaçqını vuran jurnalist şərti üç il müddətinə azadlıqdan məhrum edildi.
Oxu.Az xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.
“N1” telekanalının operatoru Petra Laslonun qucağında uşaq olan suriyalı mühacirə badalaq gəldiyi əks olunan video sosial şəbəkələrdə sürətlə yayılaraq ictimai qınağa səbəb olmuşdu.
Laslo işdən azad edilmiş, ötən ilin sentyabrında isə prokurorluq onu xuliqanlıqda ittham etmişdi. Prokurorluğun məlumatına görə, Laslo mühacirin çənəsinə, uşağın isə dizinə zərbə vurmuşdu.
Agentliyin məlumatına görə, işin baxıldığı Seqed şəhərinin hakimi müttəhim davranışı ilə ictimai qaydaları pozduğunu qərara alıb. O, vəkillərin jurnalistin özünü qoruduğuna dair iddialarını təmin etməyib.
Suriyadan olan qaçqın sonradan İspaniyanın futbol məktəblərindən birində işə götürülüb.
N.O.
www.oxu.az