“Taliban” silahlılarının Əfqanıstanın şimalındakı Bəlx əyalətindəki hərbi bazaya hücumu nəticəsində ölkə ordusunun azı 140 əsgəri həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters-ə istinadən RİA Novosti məlumat yayıb.
ABŞ mərkəzi komandanlığının nümayəndəsi Con Tomas 50 nəfərin öldüyünü açıqlayıb.
Lakin Məzari-Şərif rəhbərliyindən olan məmur azı 140 hərbçinin öldüyünü, çoxlu sayda yaralının olduğunu deyib.
Digər rəsmilər ölənlərin sayının arta biləcəyini deyib.
N.O.
www.oxu.az