Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Vaşinqtonla Tehran arasında danışıqların aparılmasına dair iddiaları həqiqəti əks etdirmir. Belə ki, İran tərəfi yalnız Omanla Hörmüz boğazı vasitəsilə təhlükəsiz dəniz daşımalarını təmin etmək üçün danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü İsmayıl Bəqai bildirib.
"Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq. İndiki halda Omanla Hörmüz boğazından təhlükəsiz gəmiçiliyi təmin edəcək marşrut barədə razılığın əldə olunmasına yönəlmiş danışıqlar aparılır", - deyə o, mətbuat konfransında açıqlayıb.
Xatırladaq ki, bir müddət əvvəl Prezidenti Donald Tramp ABŞ və İranın avqustun 3-də sülh sazişi üzrə danışıqlara keçəcəyini bəyan etmişdi. Bundan əlavə, özünün "Truth Social" platformasındakı hesabında Tehranla sazişə nail olmaq naminə İrana planlaşdırılmış güclü zərbəni təxirə salmağa razılaşdığını yazmışdı.