Prezident Donald Tramp ABŞ-ın normal həyata qaytarılma müddəti barədə məntiqli qərar qəbul edəcəyini bildirib.
Amerika lideri “Fox News”a müsahibəsində ölkədə koronavirus pandemiyasının tüğyan etməyinə baxmayaraq, insanların işlərinə qayıtmaq istədiyini qeyd edib və əlavə edib ki, yaxın zamanlarda sanitar məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edəcək.
ABŞ prezidentinin sözlərinə əsasən, müzakirələrə siyasətçilər, iş adamları, eləcə də tibb işçiləri daxil olmaqla, müxtəlif sahələrdən olan mütəxəssislər cəlb olunacaqlar.
O əlavə edib ki, müzakirələr zamanı kifayət qədər məlumat toplayacaq, lakin bəzi məsələlərdə instinktinə güvənəcək: “Xoşunuz gəlsə də, gəlməsə də, insktinkt məsələsi var”.
Xatırladaq ki, ABŞ COVID-19-un qurbanlarının sayına görə dünyada birinci yeri tutur. Ölkədə 20 mindən artıq insan dünyasını dəyişib.