ABŞ prezidenti Donald Tramp hesab edir ki, Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyadakı və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cosef Danfordun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Azərbaycandakı görüşü çox məhsuldar olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayser bildirib.
“Onların hər ikisi çox məhsuldar görüş keçirib, görüşlər eyni zamanda müxtəlif yerlərdə keçirilib. Prezident görüşlərin nəticəsindən razıdır”, - Spayser deyib.
N.О.
www.oxu.az