"ABŞ hərbçiləri bu axşam İran ərazisinə zərbələr endirməyəcəklər".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"İran ilə aparılan müzakirələrin İslam Respublikası rəhbərliyinin ən ali səviyyəsinə çatdırıldığını və təsdiq edildiyini əsas götürərək, mən, ABŞ prezidenti kimi, bu axşam üçün İrana qarşı planlaşdırılan zərbələri və bombardmanları ləğv etdim", - deyə o vurğulayıb.
Trampın sözlərinə görə, müzakirələr və yekun bəndlər həm konseptual, həm də təfərrüatlı şəkildə Amerika Birləşmiş Ştatları, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri də daxil olmaqla, bütün maraqlı tərəflər tərəfindən təsdiqlənib:
"Dəniz blokadası bu saziş başa çatana qədər qüvvədə qalacaq. İmzalanma vaxtı və yeri yaxın zamanlarda elan olunacaq".
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti ölkəsinin İrana qarşı genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını bəyan edib və əgər İslam Respublikası Vaşinqtonla sazişə razı olmasa, ölkəni yerlə-yeksan edəcəyinə söz verib.