ABŞ vətəndaşı 58 yaşlı Rayan Uesli Rut 2024-cü il seçki kampaniyası zamanı Ağ Evin rəhbəri Donald Trampa qarşı təşkil edilmiş sui-qəsd işi ilə bağlı bütün maddələr üzrə təqsirli bilinib.
Oxu.Az bu barədə "Fox News" telekanalına istinadla xəbər verir.
Ruta qarşı irəli sürülən ittihamlar ömürlük azadlıqdan məhrumetməyə qədər cəzanı nəzərdə tutur. Bildirilir ki, hökm elan edildikdən sonra Rut məhkəmə zalında özünü öldürməyə cəhd edib.
Xatırladaq ki, sentyabrın 15-də Federal Təhqiqat Bürosu Trampın olduğu "Trump International Golf Club" yaxınlığında atışma ilə əlaqədar yeni istintaqın aparıldığını bəyan etmişdi.
Rutun gizlənməyə çalışdığı qolf klubu ərazisi yaxınlığındakı kolluqlarda optik nişangahı olan "AK-47" avtomatı aşkar edilmişdi.