ABŞ Prezidenti Tramp oktyabrın 6-da Qəzzada müharibəyə son qoyulmasına yönəlmiş mühüm danışıqlar üçün bir araya gələcək müzakirəçiləri "tez hərəkət etməyə" çağırıb, çünki İsrail Baş naziri Benyamin Netanyahunun girovların azad olunmasına dair bəyanatından sonra sülh sazişinə ümidlər artıb, hansı ki girovlarla bağlı bəyanat bu həftə elan oluna bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp özünün "Truth Social" şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu həftəsonu HƏMAS və dünyanın hər yerindən olan ölkələrlə (ərəb, müsəlman və digər hamısı) girovların azad edilməsi, Qəzzada müharibəyə son qoyulması və ən əsası, Yaxın Şərqdə uzunmüddətli sülhə nail olunmasına cəhdlər istiqamətində çox müsbət danışıqlar baş tutdu. Bu danışıqlar çox uğurlu oldu və sürətlə davam edir. Texniki qruplar bazar ertəsi (6 oktyabr - red.) Misirdə yekun detalları hazırlamaq və dəqiqləşdirmək üçün yenidən bir araya gələcəklər. Mənə məlumat verildi ki, birinci mərhələ bu həftə başa çatmalıdır və mən hamıdan daha sürətlə hərəkət etməyi xahiş edirəm. Mən bu çoxəsrlik "münaqişə"ni izləməyə davam edəcəyəm. Vaxt mühüm əhəmiyyət kəsb edir, yoxsa kütləvi qan tökülməsi baş verəcək və bunu da heç kim görmək istəmir", - deyə Donald Tramp paylaşımda qeyd edib.
