ABŞ-da Demokratik partiyadan olan 50-dən çox konqresmen yeni seçilmiş prezident Donald Trampın inauqurasiyasına etiraz etməyə hazırlaşırlar.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Daha öncə yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə qarşı 26 deputat etiraz etməyə hazırlaşırdı.
Konqresmenlərin əksəriyyəti öz qərarını Trampın Con Lyuisi ilə mübahisəsiylə izah edirlər. Vətəndaş hüququnun müdafiəçisi olan Con Lyuis bir çox amerikalılar üçün qəhrəmana çevrilib.
Lyuis Rusiyanın seçki kampaniyasına müdaxilə etdiyi üçün Trampı “qanunsuz prezident” adlandırıb.
Tramp cavab olaraq “Tvitter”də “Bütün bunlar boş sözlərdir, sadəcə, heç bir hərəkət və ya nəticə yoxdur” yazıb.
Bir çox konqresmen Trampın sözlərini Lyuisə qarşı hörmətsizlik hesab edib.
N.O.
www.oxu.az