İspaniyanın Malyorka şəhərində turist restoranda öskürdüyünə görə polislər tərəfindən saxlanılıb.
Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.
Hadisə şəhərin Santa-Katalina ərazisindəki restoranlardan birində baş verib.
Sərxoş kişi masaların ətrafında dövrə vuraraq, öskürüb və hamını koronavirusa yoluxduracağı ilə hədələyib.
Hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının əməkdaşları kişini saxlayıb.
Polis bölməsində İngiltərədən olan turistdən COVID-19 testi götürülüb və nəticələr mənfi çıxıb.