Türk Silahlı Qüvvələri (TSK) Suriya istiqamətindən hava sərhəddini dəfələrlə pozan pilotsuz uçuş aparatını (PUA) vurub.
TASS-ın məlumatına görə, bu barədə TSK rəsmi “Twitter” hesabı vasitəsilə xəbər yayıb.
Bildirilib ki, şənbə günü hələlik kimə aid olduğu müəyyənləşdirilməyən PUA Suriya istiqamətindən 6 dəfə Türkiyə hava sərhədini pozduğu üçün havaya qaldırılan iki “F-16” qırıcısı tərəfindən vurulub.
Vurulan PUA-nın fotoları da paylaşılıb.
28 Eylül 2019 tarihinde Suriye sınırında hava sahamızı 6 kez ihlal eden ve kime ait olduğu henüz belirlenemeyen İnsansız Hava Aracı (İHA), İncirlik’ten kalkan iki adet F-16 uçağımız tarafından vurularak düşürüldü.https://t.co/ijkgVajAMt#MSB #TSK @tcsavunma pic.twitter.com/pxh8tX4NYj
— 🇹🇷Türk Silahlı Kuvvetleri | Turkish Armed Forces (@TurkishAF_) 29 Eylül 2019