Türkiyə ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini asanlaşdıracaq Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin inşası üçün təxminən 2.4 milyard avro məbləğində maliyyə vəsaiti ayrılıb.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu çıxış edib.
A.Uraloğlu söyləyib ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu Şərqi Türkiyəni Asiyaya birləşdirən növbəti strateji nəqliyyat xəttidir.
A.Uraloğlu əlavə edib ki, ayrılan maliyyə Türkiyənin iqtisadi proqramına beynəlxalq etimadın nümayişidir.