“Fərat qalxanı” əməliyyatının 61-ci günündə Suriyanın şimalında İŞİD terror təşkilatının səkkiz, PKK terror təşkilatının isə 51 mövqeyinə zərbələr endirilib.
Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, əməliyyat çərçivəsində xüsusi təyinatlı dəstə Mare şəhərinin cənubunda Şeyx İsa, Harbul və Maarat rayonlarını PKK terrorçularından aza dedib. Döyüşlər zamanı üç yaraqlı zərərsizləşdirilib.
Türkiyə HHQ isə Cubban və Burc rayonlarında İŞİD terror təşkilatının mövqelərini bombalayıb. Əməliyyat zamanı 11 ekstremist öldürülüb, terrorçuların gizləndiyi dörd tikili məhv edilib.
S.B.
www.oxu.az