Suriyada döyüşlər zamanı 14 türk əsgəri həlak olub.
Oxu.Az-ın “Milliyet” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Əl-Bab bölgəsində keçirilən əməliyyat çərçivəsində daha 33 türk hərbçisi yaralanıb, onlardan altısının vəziyyətinin ağır olduğu qeyd edilir.
Bölgədə gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.
Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.
S.B.
www.oxu.az