Sentyabrın 23-də Türkiyə Böyük Millət Məclisi İraqın kürd muxtariyyətində planlaşdırılan referendumla bağlı növbədənkənar iclas keçirəcək.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə AKP-nin fraksiya sədri Mustafa Elitaş deyib.
Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.
A.M.