Türkiyə hakimiyyəti keçən ilin iyul ayında dövlət çevrilişinə cəhddən sonra dövlət orqanlarında aparılan təmizləmə nəticəsində 4,5 min dövlət qulluqçusunu işdən çıxarıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, 4464 işdən çıxarılan arasında – 2585 nəfər Təhsil Nazirliyinin əməkdaşı, 893 polis və TRT ictimai telekanalının 88 əməkdaşı var.
Keçən ilin iyulun 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub.
246 türk vətəndaşı həlak olub, 2 minə yaxın adam müxtəlif dərəcəli xəsarət alıb, qiyam yatırılıb. Türkiyə hakimiyyəti Güləni qiyamın təşkilində ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edib. Gülən özü qiyamı pisləyib və bu qiyama heç bir aidiyyəti olmadığını söyləyib.
N.O.
www.oxu.az