Türkiyənin şimal-qərbində üçü uşaq olmaqla beş nəfər akvaparkın hovuzunda elektrik cərəyanının sızması nəticəsində ölüb.
Oxu.Az-ın Associated Press nəşrinə istinadən xəbərinə görə, hadisə Sakarya şəhərinin Akyazı qəsəbəsində baş verib. Parkın meneceri və onun oğlu uşaqları xilas etmək istəyərkən ölüblər.
Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az