Türkiyədə avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “KanalAhaber” xəbər verir.
Məlumata əsasən, hadisə Bursa-Ankara avtomobil yolunda, İnegöl rayonu ərazisindəki Mezitler I körpüsü yaxınlığında baş verib.
Avtobus rayonun Osmaniye kəndi yaxınlığında qəzaya uğrayıb.
İnformasiyaya əsasən, sərnişinlər Türk Metal Həmkarlar İttifaqı tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunacaq tədbirdə iştirak etmək üçün Ankaraya gedirmişlər. Onların əksəriyyəti Həmkarlar İttifaqının Bursa şöbəsinin qadın üzvləridir.
Hadisə yerinə təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib.
N.О.