Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyədə dəhşət: Məşhur oyundan təsirlənən gənc beş nəfəri yaraladı, canlı yayım etdi
Türkiyənin Eskişehir bölgəsinin Tepebaşı rayonunda dəhşətli hadisə baş verib.
Oynadığı PUBG döyüş oyununun təsiri ilə oyun personajı kimi geyinən, dəbilqə, gözlük və qoruyucu jiletdən istifadə edən, üzünü maska ilə gizlədən 18 yaşlı gənc küçədə insanlara hücum edib.
Bu barədə Oxu.Az "CNN Türk"ə istinadən bildirir.
Qeyd olunur ki, gənc törətdiklərini başındakı dəbilqənin kamerası ilə canlı yayımda görüntüləyib.
İddiaya görə, A.K. adlı gənc evində kəsici alətlərdən istifadəyə dair kadrların yer aldığı kompüter oyununu oynayıb. Bir müddət sonra maska taxıb, qoruyucu jilet geyinərək, balta və bıçaq götürüb çölə çıxıb.
Küçədə qarşısına çıxan insanlara hücum edib, kəsici alətlərlə onları vurmağa başlayıb. Çaxnaşma düşüb, qaçmağa çalışan vətəndaşlardan bəziləri müxtəlif xəsarətlər alıblar.
Hadisə yerinə gələn polis qrupları gənci saxlayıblar.
Hücum nəticəsində yaralanan beş nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Rəylər