Türkiyənin Tokat şəhərində 5.5 maqnitudalı zəlzələ anının görüntüləri yayılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Görüntülərdə zəlzələnin Niksarda yerləşən Aysel Nadide Başar internat məktəbinə vurduğu ziyan da əksini tapıb.
Görüntüləri təqdim edirik:
Türkiyənin Tokat şəhərində 5.5 bal gücündə zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 03:35-də Niksar rayonunda qeydə alınan yeraltı təkanlar 6.37 kilometr dərinlikdə baş verib.
İtki və dağıntılar barədə məlumat yoxdur.