Türkiyənin Bursa əyalətində keçirilən ikigünlük antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 105 nəfər tutulub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, onların 59-u xarici ölkə vətəndaşıdır.
Məlumata görə, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.
N.O.