Türkiyənin Samsun şəhərində məscid tikintisi zamanı çökmə baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, beton qalıqları altında qalan üç fəhlə ölüb.
Hadisə yerinə tibbi yarım maşınları və xilasedicilər cəlb olunub.
Xilasetmə tədbirləri nəticəsində 3 nəfər xilas edilib.
S.B.
www.oxu.az