Türkiyədə Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə 33 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, saxlanılan Yekaterina B.-nin qatillə yaxın əlaqəsi olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Bundan əvvəl A.Karlovun qətlə yetirilməsi işi üzrə ikisi polis əməkdaşı olmaqla, 3 nəfər saxlanılıb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib.

Н.О.