Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Aksaray-Ankara avtomobil yolunda qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun aşması nəticəsində azı altı nəfər ölüb, 20 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.