Türkiyənin İzmir şəhərində avtovağzalda terror aktı törətmək istəyən iki qadın terrorçu saxlanılıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata əsasən, onlardan biri terrorçu Marksçı-Leninçi Kommunist Partiyasının üzvüdür.
Məlumata görə, terrorçular şəhərlərarası avtobusların dayandığı avtovağzalda partlayış törətməyi planlaşdırıblar.
N.О.