Türkiyənin Şırnak əyalətində PKK qruplaşmasının terrorçuları hərbçilərin nəzarət məntəqəsinə hücum edib.
Oxu.Az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, iriçaplı silahlarla həyata keçirilən hücum nəticəsində 6 hərbçi şəhid olub, yaralananlar var.
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.
A.M.