Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ 5 bal gücündə olub. Yeraltı təkanların episentri Fethiye şəhərindən 71 kilometr cənub-qərbdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.
A.S.
www.oxu.az