Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti artırılacaq.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında deyib.
“Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 60 gündən 90 günə qədər artırılacaq”, - Çavuşoğlu deyib.
Qeyd edək ki, apreli 22-si Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirmişdi ki, Rusiya tərəfi xidməti pasportların sahibləri, iri biznes, ilk növbədə, məhz Rusiya ilə işləyən biznes üçün viza prosedurunu sadələşdirməyə hazırdır.
Z.Q.
www.oxu.az