Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyəli keçmiş nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti ağırdır - FOTO
Türkiyənin keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Yaşar Okuyan reanimasiyaya yerləşdirilib.
Bu barədə sabiq nazirin qızı Ülkü Okuyan özünün “X” hesabında paylaşım edib.
Ülkü Okuyan açıqlamasında atasının daxili qanaxma keçirdiyini və vəziyyətinin ağır olduğunu bildirib.
“Atam Yaşar Okuyan müalicə aldığı Başkent Universiteti Xəstəxanasında daxili qanaxma keçirib və reanimasiyaya yerləşdirilib, intubasiya edilib. Təəssüf ki, vəziyyəti ağırdır. Səhhəti ilə bağlı yeni xəbərlər olarsa, sizinlə bölüşəcəyəm”, - deyə o, paylaşımda qeyd edib.
Mənbə: Haber Global
Ən çox oxunanlar
Rəylər