Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ukraynalı deputat: "Poroşenko xarici liderlərlə danışıqları gizli şəkildə qeydə alıb"
"Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko xarici liderlərlə danışıqları qeydə alıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksandr Dubinski deyib.
"Rəsmən mənim ixtiyarımda Baydenin Poroşenko ilə söhbətlərinin səs yazıları olan kasetlərin mənşəyinin araşdırılmasına dair bütün materiallar var", - parlamentari "Telegram" kanalında yazıb və müvafiq sənədləri paylaşıb.
İstintaq materiallarında bildirilir ki, şahidlər - Dövlət Təhlükəsizlik Administrasiyasının və Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətinin əməkdaşları dindiriliblər. Dubinski vurğulayıb ki, alınan ifadələrə görə, prezident Poroşenkonun kabinetinə kənardan səs yazısı aparatının daxil olması mümkün deyil, bu avadanlığı yalnız yoxlamadan keçməyən Poroşenko özü apara bilərdi.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ qarşısında şərt qoyub
- Ukraynanın keçmiş prezidenti Poroşenkodan Zelenskiyə təcili çağırış
- Politoloqdan Ukraynanı "Finlandiyaya çevirmək" təklifi: "Son şansdır"
- Niderlanddan Ukraynaya pilotsuz təyyarələrin istehsalı üçün 500 milyon avro
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"