Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyədə ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sibiqa "X" sosial şəbəkəsində məlumat verib.
Diplomat bildirib ki, Rubio ilə sülh səyləri üçün perspektivləri müzakirə edib. Tərəflər bu kritik həftə üçün də mövqelərini koordinasiya ediblər.
"Mən Ukraynanın Prezident Trampın sülh səylərinə güclü və ardıcıl sadiqliyini bir daha təsdiqlədim və iştirakına görə ABŞ-yə təşəkkür etdim. Biz əməkdaşlığımızı konstruktiv və qarşılıqlı fayda əldə edilməsi istiqamətdə inkişaf etdirməyə hazırıq", - deyə Sibiqa yazıb.