Uqandada Albert gölündə gəminin çevrilməsi nəticəsində ən azı 30 nəfər ölüb.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, gəmidə yerli futbol komandası və azarkeşlər olublar.
Hadisə komanda üzvlərinin Milad bayramını qeyd etdikləri vaxt baş verib. Onlar göyərtədə bir tərəfə yığışdıqları üçün gəmi çevrilib.
N.О.