Xorvatiyada zəlzələ nəticəsində bir nəfər həyatını itirib.
“RİA Novosti” yerli KİV-ə istinadla xəbər verir ki, Petrin şəhərində azyaşlının cəsədi tapılıb.
Bildirilir ki, Zaqrebin bir hissəsi işıqsız qalıb, Sisak şəhərində bir xəstəxananın damı çöküb.
Xatırladaq ki, Xorvatiyada 6.4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri ölkənin mərkəzi hissəsindəki Petrin şəhəri ərazisində yerləşib.
İlkin məlumatlara görə, zərərçəkənlərin olduğu bildirilir; İnsanlar küçələrə çıxıb, parkda uzanıb, bəziləri binaların damından özünü atıb.
Xorvatiya xilasetmə xidmətinin rəhbəri Damir Trut bildirib ki, bütün xidmətlər səfərbər edilib, zəlzələnin episentrinə insanlar, texnika və ordu göndərilib.