Yaponiya imperatoru Akixitonun əmisi, imperator ailəsinin ən yaşlı üzvü şahzadə Mikasa bu gün 101 yaşında vəfat edib.
Oxu.Az yapon KİV-nə istinadən xəbər verir ki, bu barədə imperator sarayının idarəsində bəyan ediblər.
Cari ilin may ayında şahzadə Mikasa kəskin ağciyər xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. İyunun sonunda şahzadə Mikasa ürək əməliyyatı keçirib.
Şahzadə Mikasa Yaponiyanın hazırkı imperatoru Akixito Xiroxitonun əmisi və taxt-tacın beşinci potensial varisi idi.
N.O.
www.oxu.az