Yaponiya Kuril adalarının bəzilərinə ad verilməsi ilə əlaqədar Rusiyaya etirazını bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bildirib.
“Bu, təəssüf ki, bizim ölkənin mövqeləri ilə üst-üstə düşmür. Diplomatik kanallar vasitəsilə fevralın 13-də Rusiyaya etirazımızı bildirmişik”, - Y.Suqa bildirirb.
Daha öncə Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarında beş adsız adaya ad verilməsi ilə əlaqədar sərəncam imzalamışdı.
N.O.
www.oxu.az