Yaponiyanın Baş naziri Sanae Takaiçi seçkiqabağı debatlar zamanı Tokionun rəsmən tanımadığı Koreya Xalq Demokratik Respublikasını "nüvə gücü" adlandırıb.
Oxu.Az-ın məlumatına görə, debat "Asahi" telekanalında yayımlanıb.
Şimali Koreya, Çin və Rusiya barədə danışan baş nazir "onların hamısının nüvə dövlətləridir, reallıq budur ki, ölkəmiz onlarla qonşudur" deyib.
Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Key Sato isə bildirib ki, Tokionun Pxenyanın nüvə proqramı ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Şimali Koreya "nüvə gücü" deyil:
"Baş nazir Takaiçinin qeyd olunan açıqlaması bölgədə getdikcə daha mürəkkəb təhlükəsizlik vəziyyəti fonunda Şimali Koreyanın nüvə raket proqramının inkişafını davam etdirməsi faktına işarədir. Bu, BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin birbaşa pozulmasıdır və Yaponiyanın, regionun və bütün beynəlxalq ictimaiyyətin sabitliyi üçün birbaşa təhlükə yaradır. Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb".