Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yaponiyada vulkan püskürdü: Üçüncü təhlükə səviyyəsi elan edildi - VİDEO
Yaponiyanın cənub-qərbində, Kyuşu adasındakı Kaqosima prefekturasında yerləşən Sakuracima vulkanı püskürüb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Minamidake kraterində baş verən püskürmə partlaşla müşayiət olunub.
Qeyd olunub ki, 2020-ci ildən bəri ilk dəfə olaraq kül və tüstü sütunu beş min metr hündürlüyə qalxıb, daş və lava hissələri isə 1 300 metrə səpələniblər.
İnsanlara külək səbəbindən vulkan külü ilə bağlı xəbərdarlıq edilib.
Vulkanın ərazisində beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar vulkanik aktivliyin davam etməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.
Mənbə: TASS
"Yaponiya" teqi üzrə xəbərlər
- Dünyanın ən yaşlı qadın bərbəri 108 yaşındadır
- "Toyota" üçün avtomobil hissələri istehsal edilən zavodda güclü partlayış
- Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər
- Rusiya Yaponiya XİN başçısına qadağa qoydu
- Yaponiya Tramp-Zelenski mübahisəsində kimin tərəfini tutacaq?