Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaşlı insanlar üçün ideal içki hansıdır? - Rusiyalı həkimdən tövsiyə
Qurudulmuş meyvələrdən hazırlanan kompot immunitet sistemini gücləndirməyə kömək edir, həmçinin ürək və göz sağlamlığı üçün faydalıdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı dietoloq və tibb elmləri doktoru Mariyat Muxina "Moskva 24" telekanalına müsahibəsində danışıb.
Həkim qurudulmuş meyvələrdən olan kompotu yaşlı insanlar üçün ideal içki adlandırıb. Onun sözlərinə görə, C vitamininin yüksək olması səbəbindən içki immunitet sistemini gücləndirir, tərkibindəki A vitamini isə göz sağlamlığı və görmə xəstəliklərinin qarşısının alınması üçün faydalıdır.
Bundan əlavə, Muxina qeyd edib ki, kompotun tərkibində ürəyin yaxşı işləməsi üçün lazım olan çoxlu kalium var.
"Tərkibindəki maqnezium qan təzyiqini azaltmağa kömək edir və yüngül sakitləşdirici təsirə malikdir", - deyə diyetoloq əlavə edib.
Həkim gündə bir və ya iki stəkan kompot içməyi məsləhət görüb. Həmçinin qeyd edib ki, içkiyə şəkər əlavə etməyə də ehtiyac yoxdur, çünki bu, mədəaltı vəziyə əlavə yük yaradacaq.
Rəylər