Yəmənin cənub-qərbində "Ənsar Allah" qruplaşmasının (husilər) döyüşçüləri ilə hökumət qüvvələri arasında toqquşmalar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Qeyd olunub ki, döyüşlər zamanı 60-dan çox insan, o cümlədən dinc sakinlər həlak olub.
Hökumət qüvvələri tərəfindən 26 hərbçi, husilər tərəfindən isə 31 döyüşçü öldürülüb. Taiz şəhərində avtobusa endirilən raket zərbəsi nəticəsində altı dinc sakin həlak olub. Daha yeddi nəfər yaralanıb.
Qaynar xətt:
(055) 224 12 12