Bu gün axşam saatlarında Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş zamanı Yeravan polisinin əməkdaşları güc tətbiq edərək bir neçə aksiya iştirakçısını saxlayıb.
Oxu.Az bu barədə 1in.am nəşrinə istinadən xəbər verir.
“Güc tətbiqi ilə həmçinin Birinci İnformasiya portalının operatorları Narek Barsegyan və Sevak Soqomonyan saxlanılıb, videoavadanlıq zədələnib”, - məlumatda bildirilir.