Yunanıstanda əmək qanunvericiliyi islahatlarına qarşı kütləvi etiraz və tətillər başlayıb.
“Korrespondent” nəşri yerli KİV və sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən bildirib ki, aksiyalar Afina və ölkənin digər iri şəhərlərində keçirilir.
Həmkarlar ittifaqları paytaxtda ictimai nəqliyyatın fəaliyyətini məhdudlaşdırıb.
İttifaq nümayəndələrinin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulmuş islahatlar əmək şəraitini daha da pisləşdirəcək.
Thousands attend Late May Day protest in Athens. #Greece
— Savvas Karmaniolas (@savvaskarma) May 6, 2021
(This year the actual May 1st coincided with Orthodox Easter) pic.twitter.com/Q96ZmZBDsf