Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub.
Bu barədə Ukrayna prezidenti özünün “Twitter” hesabında yazıb.
Tərəflər Ukraynanın Aİ-yə üzvlüyü, Rusiya Federasiyasına qarşı sanksiyalar və səmərəli humanitar dəhlizlərin təmin edilməsi məsələlərinə toxunublar.
Qeyd edək ki, Ukrayna martın 11-də keçiriləcək Versal sammitində Aİ-yə üzvlüklə bağlı İttifaqa üzv dövlətlərin dəstəyinə ümid edir.
Продовжую діалог з Президентом @EU_Commission @vonderleyen. Подякував за черговий санкційний пакет проти російського агресора. Були одностайні щодо необхідності забезпечення дієвих гуманітарних коридорів для цивільних. Порушив ключове для 🇺🇦 питання членства в 🇪🇺. #stoprussia
— Володимир Зеленський (@ZelenskyyUa) March 9, 2022