Ukrayna Prezidenti Volodomir Zelenski ilə Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Bu barədə Ukrayna prezidenti özünün “Twitter” səhifəsində məlumat yayıb.
“Boris Consonla aramda telefon danışığı baş tutdu. Böyük Britaniyanın baş nazirinə tutduğu mövqeyə və Ukrayna ordusunun potensialını gücləndirmək məqsədi ilə verdiyi yeni qərarlara görə minnətdaram. Gələcəkdə də təcavüzkarla mübarizədə birgə addımlar atmaq barədə razılığa gəldik”, - deyə Volodomir Zelenski qeyd edib.
Поговорив телефоном із @BorisJohnson. Вдячний британському Прем'єр-міністру за його позицію, нові рішення щодо посилення потужності української армії. Узгодили подальші спільні кроки з протидії агресору.
— Володимир Зеленський (@ZelenskyyUa) February 26, 2022