Apr
2020
12:37
24
154
1639
Virtual karabakh

Nazir müavini: “İqtisadi dəstək üçün ayrılan vəsaitin 2,5 milyard manata çatdırılması gözlənilir”

7 Apr, 2020
12:37
1639

Nazir müavini: “İqtisadi dəstək üçün ayrılan vəsaitin 2,5 milyard manata çatdırılması gözlənilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir”. 

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində bir çox iqtisadi fəaliyyət sahələri üzrə, xüsusilə koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə məruz qalmış iqtisadi fəaliyyət sahələri və onları təmsil edən sahibkarlarla görüşlər keçirilib:

“Onların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar dörd İşçi Qrupu yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində, ümumiyyətlə, iqtisadi subyektlərə dəstək göstərilməsi üçün prezidentin tapşırığı əsasında bir milyard manat vəsait ayrılıb.

Keçirilmiş qiymətləndirmələr göstərib ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir”.

N.Səfərov bildirib ki, dəstək və yardım göstəriləcək iş adamlarının, eyni zamanda, fərdi sahibkarların sayı 600 min təşkil edir: 

“Onlara lazım olan vəsaitlərin ayrılması istiqamətində işlər görüləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri