Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İqtisadiyyat naziri: “İnanırıq ki, ilin sonuna ölkə iqtisadiyyatında balanslaşma olacaq”
“Biz inanırıq ki, ilin sonuna ölkə iqtisadiyyatında balanslaşma olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin birinci rübünün sonundan pandemiya ilə bağlı dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşib:
“İlin sonuna qədər ölkə iqtisadiyyatında balanslaşdırılma baş verəcəyinə inanırıq. Sahibkarların fəaliyyətinin təşviqi davam etdiriləcək”.
“Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss edirik. İnvestisiya layihələrinə maraq qalıb. Fikrimcə, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərəfindən layihələrin həyata keçirilməsini müşahidə edəcəyik”, - deyə nazir qeyd edib.
İlhamə Əbülfət
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Mikayıl Cabbarovdan FHN işçilərinin peşə bayramı münasibətilə təbrik
- Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb