Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər” - VİDEO
“İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).
Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.
Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:
“Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.
İlhamə Əbülfət
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
- Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin adları açıqlanıb
- Dövlət xidməti: "Baku Electronics" keyfiyyətsiz malın qaytarılmasını təmin etməyib"
- Yeni ilin yeni un qiymətləri